Bu gün:

Vulkanlar hansı zərərlərə səbəb olur?



Vulkanlar strukturlara və binalara, canlı təbiətə, yerli bitki örtüyünə və atmosferə fiziki ziyan vurmaqla yanaşı, sağlamlığa təhlükə yaradır. Vulkan püskürməsinin ətrafındakı yaşayış yerləri adətən püskürmədən əvvəl vaxtında xəbərdarlıq alır. Bu, insanlar üçün təhlükə ehtimalını azaldır. Vulkanologiyada elmi irəliləyişlər alimlərə vulkanın nə vaxt püskürmək üzrə olduğunu göstərən əlamətlər aşkar etməyə imkan verib. Bu, elm adamlarına partlayış baş verməzdən əvvəl mülki şəxsləri adekvat xəbərdar etməyə imkan verir və insanlar üçün faciəni minimuma endirir. Lakin insanlar evakuasiya edildikdə belə, strukturlara və binalara ziyan dəyə bilər. Vulkan püskürmələri böyük miqdarda kül atırlar. Bu kül yerə düşüb binaların damlarına yığıldıqda damların uçma ehtimalı artır. Bu kül incə şüşə hissəciklərindən ibarət olduğundan və zəhərli olduğundan, tənəffüs edildikdə, yaxınlıqdakı insanlar və heyvanlar tez-tez tənəffüs problemləri ilə üzləşirlər. Vulkanın mərkəzindən axan lava ərazidəki canlılar və bitkilər üçün yanğın təhlükəsi yaradır və təsir çox vaxt kilometrlərlə hiss olunur. Lava və düşən kül də bitki həyatını boğaraq məhv edir. Vulkan püskürmələri də bəzən püskürməni əhatə edən ərazilərdə sunami və elektrik fırtınalarına səbəb olur.

Mənbə: 411answers.com 

Tərcümə etdi: Zəhra Niftiyeva 

Paylaş
Şərh əlavə et