Havanın temperaturu təyyarələr üçün riskli səviyyələrə çatır
İsti hava soyuq havadan daha az sıxdır, molekullar isti havada daha yüksək sürətlə hərəkət edir, yəni termometrlər daha yüksək temperatur göstərdikdə, təyyarə qanadlarının yarada biləcəyi qaldırıcı qüvvə azalır. Bu, təyyarələrin qalxmasını və havada qalmasını çətinləşdirir.
Aviaşirkətlər və pilotlar tez-tez havanın temperaturu çox yüksək olduqda təyyarələrdən çəki atmaq üçün uçuşları təxirə salmağı və ya sərnişinləri və baqajı evakuasiya etməyi seçirlər. Bu, sistemdə ardıcıl qrafik pozuntularına gətirib çıxarır və sərnişinləri bəzən saatlarla yanmış təyyarələrin içərisində uçuş-enmə zolaqlarında qapalı vəziyyətdə qoyur.
Planet isindikcə və 2023-cü ilin yayında ABŞ-ın cənubunda və Türkiyədə yaşanan tip kimi həddindən artıq istilər daha rutinləşdikcə bu problem daha da pisləşəcək.
Kolumbiya Universitetinin 2017-ci ildə apardığı araşdırmaya görə, əsrin ortalarına qədər ABŞ-da bütün uçuşların orta hesabla 30%-i yüksək temperatur dövründə çəki məhdudiyyətlərinə məruz qala bilər. Möcüzəvi texnoloji sıçrayışdan başqa, aerokosmik sənayenin bu sərt fizika qanunlarını aradan qaldırmaq üçün real həlli yoxdur.
Mənbə: Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova
