
Körpəniz ağlayır və bunun səbəbini başa düşə bilmirsiniz? O, qazlıdır? O, acdır? Yoxsa o, sadəcə olaraq diqqətinizə ehtiyac duyur? Bunu bir proqram sayəsində öyrənmək olarmı?
Körpələrin niyə ağladığını 90%-dən çox dəqiqliklə proqnozlaşdırdığını iddia edən süni intellekt dəstəkli proqramlar son vaxtlar gündəmdədir. Bu proqramlardan istifadə edən ailələr var, amma “körpəmin problemlərini tək mən başa düşürəm” deyən anaların sayı da az deyil.
Körpələr danışa bilmədiyi üçün ac olanda, ağrıyanda, bezlərini kirlədəndə ağlayaraq problemlərini ifadə etməyə çalışırlar. Xüsusilə, yeni valideynlər bəzən saatlarla ağlayan körpələrinin sıxıntısını anlamağa çalışır. İndiki vaxtda texnologiya belə vəziyyətlərdə valideynlərin köməyinə gəlir.
Gündəlik həyatımıza sürətlə inteqrasiya edən süni intellekt müxtəlif tətbiqlərlə valideynlərin də həyatını asanlaşdırır. Bu tətbiqlərdən biri süni intellekt sayəsində körpələrin ağlamalarını təhlil edir və ailələrə niyə ağladıqlarına dair ipucu verir.
Süni intellektin hələ 100% dəqiq proqnoz vermək qabiliyyətinə malik olmadığını bildirən Akademik və texnologiya investoru Ergi Şener, bu tətbiqlərin körpənin ağlamasının tonunu, tezliyini və ritmini analiz edərək ağlama səbəbini təyin etmək üçün maşın öyrənmə alqoritmlərindən istifadə etdiyini bildirib və əlavə edib:
"Lakin süni intellekt alqoritmlərinin dəqiqliyi onların öyrədildiyi məlumatlardan və istifadə şərtlərindən asılı olaraq dəyişə bilər. Buna görə də, bu cür proqnozlar həmişə 100% dəqiq ola bilməz".
Mənbə:hüriyyet
Tərcümə etdi:Nuray Mürsəlova
