Qravitasiya enerjisi cazibə qüvvəsinin səbəb olduğu cismin və ya kütlənin hərəkətidir. Bu, Yerin mərkəzinə doğru geri çəkiləcək bütün digər kütlələrin güclü çəkilməsi nəticəsində yaranır. Qravitasiya enerjisinə misal olaraq çaydan gələn suyun uçurumun üstündən yuvarlanması və şəlalə əmələ gəlməsi göstərilə bilər.

Bir obyekt yerdən qaldırıldıqda, enerji yaranır və cisimlərin cazibə sahəsində saxlanılır. Yığılan enerjinin miqdarı birbaşa cisimlə yer arasındakı məsafədən asılıdır. Cisim nə qədər hündürdürsə, onun cazibə sahəsində bir o qədər çox enerji yığılır və cisim Yerə qayıtdığı anda daha çox enerji istehsal olunur.
Hidroenergetika bəndin arxasındakı su anbarındakı su kimi axan suyun gücü ilə istehsal olunan enerjidir. Bənd açıq olduqda və suyun yerin təkinə keçməsinə icazə verildikdə yaradılan qüvvədən enerji əldə etmək olar. Arizonadakı Huver bəndi cazibə enerjisindən istifadə edərək 2000 meqavatdan çox güc istehsal edə bilər. Orta illik istehsal 4,5 milyard kilovat saat Arizona, Kaliforniya və Nevada bölgələrində təxminən 8 milyon insanın elektrik enerjisinə ehtiyacını ödəyir.
Mənbə: 411answers
Tərcümə etdi: Aysel Qasımova
