Böyük qlobal hadisələr çox şeyə təsir etdi və insanların əhval-ruhiyyəsini dəyişdirdi. Pandemiyanın bu vəziyyətə səbəb olduğu düşünülsə də, əvvəllər müşahidə edilən artım tendensiyası araşdırmalarla da təsdiqlənir. Bəs niyə insanlar daha çox narahat olublar?
Son zamanlar artan narahatlıq səviyyəsi daha çox insanın narahatlıq keçirməsi və ya bu barədə daha açıq danışmağa başlaması sualını doğurur.
New Scientist-ə görə, narahatlığın yayılmasında əhəmiyyətli bir artım var, lakin təfərrüatlara getdikdə vəziyyətin aydınlığı azalır. COVID-19 pandemiyası bu artımın əsas səbəbi sayılsa da, iqtisadi və siyasi amillərin də təsirli ola biləcəyi bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatı, 2020-ci ildə komendant saatı və digər məhdudiyyətlərin tətbiqi ilə narahatlıq pozğunluqlarında 25,6 faiz artım olduğunu bildirib. Bu artımda insanların naməlum virusla mübarizə səyləri və onun həyatlarına təsiri böyük rol oynayıb.
Bununla belə, pandemiyadan əvvəl də narahatlıq səviyyəsi yüksəlirdi. Məsələn, 2014-2018-ci illər arasında Böyük Britaniyada 18-44 yaş qrupunda ümumiləşdirilmiş narahatlıq pozğunluğu diaqnozu 2018-ci ildə 6,7 faizə yüksəlib və bu artım, xüsusilə gənclər arasında özünü göstərib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
