Bu gün:

Qurban bayramı zamanı müəyyən edilən 881 qeyri-qanuni immiqrant üçün deportasiya prosedurlarına başlanılıb


İmmiqrasiya İdarəsi Müdirliyi Qurban bayramı ilə bağlı nəzarətlər zamanı qeyri-qanuni mühacir olduğu təsbit edilən 881 nəfərin deportasiya prosesinin başladığını bildirib.

Prezidentin sosial media hesabında edilən paylaşımda Qurban bayramında qeyri-qanuni miqrasiya ilə mübarizənin fasiləsiz davam etdiyi bildirilib.

Bu çərçivədə yazıda 75-i İstanbulda olan 165 səyyar immiqrasiya məntəqəsi vasitəsinin işə dəstək verdiyi bildirilib və əlavə edilib: "21 min 396 şəxsiyyət yoxlaması aparılıb, 881 qeyri-qanuni immiqrant aşkar edilib. Deportasiya prosedurları həyata keçirilib".

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et