Bu gün:

Bambuk ağacı


Bambuk ağacı ot ailəsindən bir bitkidir və bir çox müxtəlif növlərdən ibarətdir. Son zamanlar ev bəzəyində bambukdan geniş istifadə edilir. Bəzi bambuklar çiçək aça bilər. Birincisi, ağac quruluşuna və ağaca bənzər bir qabığa malik olan növdür. Digəri isə bir metr hündürlükdə və nazikdir. Bambuklar elastik bir quruluşa malikdir və asanlıqla qırıla bilər. Bitkini yetişdirmə prosesi heç də asan deyil. Bambuk əkildikdən sonra təxminən 5 il eyni qalır və 5 ilin sonunda böyüməyə başlayır. Sonrakı proses daha sürətli gedir. Bambuka Calamus da deyilir. Tropik bölgələrdə böyüyən bir ağacdır. Bambuk ağacı hər yerdə bitən ağac deyil. Xüsusilə tropik bölgələrdə böyüyür. Şimali Amerika, Cənubi Amerika, Afrika və Asiya və s. Çin və Yaponiya üçün mühüm gəlir mənbəyidir. Bambukun istifadə sahəsi də olduqca genişdir. Mebel, geyim, qida və tikinti kimi bir çox sahələrdə istifadə olunur.

Mənbə: Milliyet

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş