"Agence France-Presse" (AFP) xəbər verir ki , Səudiyyə Ərəbistanında müsəlmanların Məkkəyə illik ziyarəti olan Həcc ziyarətini yerinə yetirərkən dünyasını dəyişən zəvvarların sayı 1000-i ötüb.
"Dünən gecə (19 iyun) Rusiyadan daha bir zəvvarın ölümü ilə bağlı məlumat aldıq. Bununla da Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəledərkən ölən rusiyalı zəvvarların sayı 5-ə çatıb", – Rusiyanın Ciddədəki Baş Konsulluğundan bildirilib.
Diplomatın sözlərinə görə, bütün ruslar Məkkədə dəfn olunacaqlar. Onların hamısı səhhətindəki olan problemlərə görə dünyasını dəyişib.
AFP xəbər agentliyi daha əvvəl bildirmişdi ki, Həcc ziyarəti zamanı 600-ə yaxın zəvvar dünyasını dəyişib. Əksər hallarda səbəb həddindən artıq isti temperatur olub. Bu ilki Həcc ziyarəti zamanı Məkkədə havanın temperaturu təxminən 52°-ə (125,6 Fahrenheit) çatıb.
Həcc ziyarəti hər il Məkkəyə edilən ziyarətidir ki, hər bir müsəlmanın imkanı varsa, mütləq yerinə yetirməlidir. Proses bu il iyunun 14-19-da baş tutub.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova