Britaniya alimləri COVID-19 ilə bağlı apardıqları elmi araşdırmada bəzi insanların virusa məruz qalmasına baxmayaraq, COVID-19-a yoluxmadığını müəyyən ediblər.
Böyük Britaniyada yerləşən London İmperial Kollecində aparılan COVID-19 elmi tədqiqatının bir hissəsi olaraq, elm adamları COVID-19-a səbəb olan SARS-CoV-2 virusu ilə mübarizə apara bilən insanların davamlı infeksiyalardan qaçmağa kömək edən unikal immun reaksiyalarına sahib olduqlarını aşkar ediblər.
Bir şəxs virusa məruz qalmadan əvvəl və sonra əldə edilən tapıntılara görə, burun astarında yerli immun reaksiyasının fərdlərin virusu müəyyən etməsinə və infeksiyaya səbəb olacaq bir dayaq əldə etməsinə imkan verdiyi ifadə edilib.
Bəyanatda aşağıdakı ifadələr yer alıb:
Virusu dərhal təmizləyən fərdlər tipik geniş yayılmış immun reaksiya göstərmədilər; əvəzinə burunda əvvəllər heç vaxt görülməmiş incə fitri immun reaksiyalar meydana gəldi. Tədqiqatçılar, məruz qalmadan əvvəl HLA-DQA2 adlı genin yüksək səviyyədə olmasının insanlara uzunmüddətli infeksiyanın yayılmasının qarşısını almağa kömək etdiyini təklif edirlər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə