Bu gün:

Səma niyə rəngini dəyişir?


Səmanın rənginin dəyişməsinin bir çox vacib səbəbləri var, lakin bunların hamısı işığın havada sınması ilə bağlıdır. Günəşdən gələn işıq Yer üzərində hərəkət etdikcə, elastik atmosferdən və havadan asanlıqla keçə bilən işığın dalğa uzunluqları səmaya rəngini verir.

Günəşdən gələn işıq ağdır. Ağ işıq insanlara görünən bütün rənglərdən ibarətdir. Bu işıq Yerin ətrafındakı oksigenlə zəngin atmosferdən keçərkən bənövşəyi və indiqo rənglərinə uyğun gələn qısa dalğa uzunluqlu işıqlar süzülür və dalğa uzunluqları səmaya yayılır. Günəş doğuşunda və qürubunda üfüqə yaxın olduqda, müşahidəçiyə çatmazdan əvvəl işıq daha çox havadan keçməlidir. Bu, əvvəlkindən daha çox işıq saçır və, əslində, daha uzun dalğa uzunluqlarında sarı, narıncı və qırmızının görünməsinə imkan verir.

Havadakı hissəciklər də oxşar təsir yarada bilər. Bəzən vulkan püskürməsi, sənaye çirklənməsi və ya meşə yanğını atmosferin yuxarı təbəqələrinə çoxlu miqdarda kül və toz buraxır. Bu, səthin qaralmasına və işığın müxtəlif səmalara yayılmasına səbəb olur.

Mənbə: 411answers

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et