ABŞ Federal Ticarət Komissiyası (FTC) TikTok və onun Çinli ana şirkəti ByteDance-a qarşı uşaqların məxfiliyinin mümkün pozuntuları ilə bağlı şikayəti Ədliyyə Departamentinə (DOJ) göndərib.
FTC deyir ki, öz araşdırması firmaların "qanunları pozduğuna və ya pozmaq üzrə olduğuna inanmaq üçün səbəb aşkar edib".
BBC News-a verdiyi açıqlamada, TikTok sözçüsü qərardan məyus olduqlarını söylədi.
Bu iş, ByteDance biznesini satmasa, TikTok-u ABŞ-da qadağan etmək üçün bu ilin əvvəlində qəbul edilmiş qanundan ayrıdır.
Tənzimləyici dedi ki, onun araşdırması FTC Aktı və Uşaqların Onlayn Məxfiliyinin Mühafizəsi Aktı (COPPA) ilə bağlı potensial pozuntulara yönəlib.
FTC həmçinin bildirib ki, o, adətən şikayəti DOJ-yə göndərdiyini elan etmir, lakin bu halda bunu ictimai maraqlara uyğun hesab edir.
COPPA 13 yaşından kiçik uşaqlar haqqında onlayn xidmətlər tərəfindən şəxsi məlumatların toplanması, istifadəsi və açıqlanmasına nəzarət edir.
FTC Qanunu şirkətlər tərəfindən "ədalətsiz və ya aldadıcı hərəkətlər və ya təcrübələri" hədəfləyir.
Cavab olaraq, TikTok sözçüsü şirkətin iddialarla razılaşmadığını və "narahatlıqlarını həll etmək üçün FTC ilə bir ildən çox işlədiyini" söylədi.
Mənbə: BBC
Tərcümə etdi: Nəzri Süleymanova