Blackpink üzvü Rose təmsil etdiyi brendlər siyahısına daha bir ad əlavə edir. Hal-hazırda həm Saint Laurent həm də Rimowa üçün səfir olan Rose idman geyimləri nəhəngi Puma ilə yeni siması kimi güclərini birləşdirdi.
Puma, Rosenin 17 iyun 2023-cü ildə İnstaqramda ulduzla birgə video yazısı vasitəsilə Puma ailəsinə qoşulduğunu rəsmən elan etdi. Videoda Rose gömrük nəzarətindən keçmək üzrə hava limanındadır. O, “qlobal” pasportunu verəndə hava limanının işçisi ona “Pumaya xoş gəlmisiniz” yazısı ilə möhür vurur. Video bitən kimi Rosenin səsi elan edir: “Səyahət indi başlayır”.
Mənbə: teen vogue
Tərcümə etdi: Nəzri Süleymanova