Texasda "Junteenth" festivalında baş verən atışma nəticəsində azı 6 nəfər ağır yaralanıb. Hadisə ilə bağlı araşdırmanın davam etdiriləcəyi bildirilir.
ABŞ-ın Texas ştatında “Junteenth” festivalı zamanı atışma baş verdiyi açıqlanıb. Səlahiyyətlilər hücumda ən azı 6 nəfərin yaralandığını açıqlayıb.
Round Rock Polisi bildirib ki, məmurlar şənbə gecəsi Old Settlers Parkında baş verən atışma ilə bağlı araşdırma aparır.
Açıqlamada "Bura aktiv cinayət yeridir və araşdırmalar davam edir. Xahiş edirəm ərazidən uzaq durun" deyilir.
Polisin sosial mediada verdiyi açıqlamada tibb işçiləri ağır xəsarətlər alan dörd böyük və iki uşağı yerli xəstəxanalara çatdırıblar.
Sosial şəbəkələrdə yayılan videolarda atışmadan sonra hadisə yerində çoxlu sayda polisin olduğu görünür. Videolardan birində polis əməkdaşlarının ehtimal olunan şübhəli şəxsi mühasirəyə alması əks olunub.
Mənbə: NTV Haber
Tərcümə etdi: Aminə Paşazadə
