Eritrosit (RBC) nədir?
Eritrositlər və ya qırmızı qan hüceyrələri olaraq da bilinən qırmızı qan hüceyrələri bədəndəki toxumalara oksigeni daşıyır. Oksigen enerjiyə çevrilir və toxumalar karbon dioksidi buraxır. Qırmızı qan hüceyrələri də ekshalasiya üçün karbon qazını ağciyərlərə daşıyır.
Normal qırmızı qan hüceyrə sayı nə qədərdir?
Normal qırmızı qan hüceyrələrinin sayı insandan insana dəyişir:
Kişilər: hər mikrolitr qanda 4,7-6,1 milyon qırmızı qan hüceyrəsi.
Qadınlar: hər mikrolitr qanda 4,2-5,4 milyon qırmızı qan hüceyrəsi.
Uşaqlar: hər mikrolitr qanda 4,0-5,5 milyon qırmızı qan hüceyrəsi.
Qırmızı qan hüceyrələrinin sayı bu aralığın xaricində olarsa, həkim əlavə testlər və ya müalicələr tövsiyə edəcəkdir.
Mənbə: Özel Medicabil Hastanesi
Tərcümə etdi: Aminə Paşazadə