Bu gün:

Avrasiya maralı divardan keçərək yaxınlıqdakı gölə yönəldilmişdir



Daş dövrü insanları qurduqları divarlarla ovlarını çaya yönəldərək onları tələyə salaıb daha asan tuta biliblər!
2021-ci ildə Almaniya sahillərində kəşf edilən "Blinkerwall" Baltik dənizinin səthindən təxminən 20 metr aşağıda yerləşir. Bir kilometrə qədər uzanan divar təxminən 1700 daşdan ibarətdir. Beləliklə, divar Şimali Avropanın ən böyük süni meqastrukturlarından biridir.

Tədqiqatçılar o divarın Yaxın Şərq və Şimali Amerikadakı qədim ov tələlərinə bənzər iri ov ovlamaq üçün istifadə edildiyini düşünürlər. (Əgər bu doğrudursa, elmə ilk məlum tələ Cənubi Baltik regionunda aşkar edilmiş ola bilər.)

Ehtimallara görə, ərazini zəbt edən Avrasiya maralı divardan keçərək yaxınlıqdakı gölə yönəldilmişdir. Burada tələyə düşmüş hər hansı ov asanlıqla öldürülə bilərdi.

Divar həm də insanların o dövrdə necə birlikdə işlədiyinə dair fikir verir. Tədqiqatçılar bildirirlər ki, strukturdan ov məqsədi ilə istifadə etmək üçün ən azı 10 nəfərdən ibarət qrup lazımdır.


Mənbə: Evrimagaciofficial.
Tərcümə etdi: Günay Məmmədova.

Paylaş
Şərh əlavə et