Bu gün:

DNT-mizin 24℅-i üzüm ilə eynidir


Təkamül biologiyası, xüsusən də, insan təkamülü haqqında danışarkən diqqət çox vaxt heyvanlara yönəlir. İnsanlar şimpanze, siçovul, şir və digər heyvanlarla müqayisə edilir və təkamül prosesi izah edilir. 

Bütün canlıların bütün digər canlılarla ortaq qohumluq əlaqələri var. Beləliklə, heyvanlar yalnız heyvanlarla əlaqəli deyil; Bitkilər, göbələklər və ya bakteriyalarla da əlaqəlidir.

Sanki yer üzündəki bütün insanlar bir-biri ilə uzaqdan qohumdurlar. Kolumbiyalı və əfqanın mənşəcə qohum olduğu dərhal aydın olmasa da, tarixdə kifayət qədər geriyə getsəniz, bu cəmiyyətlərin ortaq əcdadlarını tapa bilərsiniz. Eynilə, təkcə insanlar və şimpanzelər və ya ayılar qohum deyil. İnsanlar və banan bitkisi, aslanlar və baldıran balığı, ayılar və qida zəhərlənməsinə səbəb olan Salmonella bakteriyası ortaq əcdadlara malikdir.

Lakin bu ümumi əcdadlar təkamül üçün maraqlı olan qohumluq əlaqələrindən çox daha qədim olduqları üçün çox vaxt nəzərə alınmır. Lakin bu o demək deyil ki, qohumluq münasibətləri yoxdur. Varlıqda olan hər bir canlı bir-biri ilə sıx və ya uzaq əlaqədədir. Sadəcə olaraq, bu qohumluq münasibətinin dərəcəsi nisbidir, vəssalam!

Mənbə: Evrimağacıofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et