Bu gün:

Papa gey keşişlər haqqında vulqar ifadələr işlətdikdən sonra üzr istəyib


Papa Fransisk 28 may Çərşənbə axşamı günü, Katolik Kilsəsinin homoseksual keşişlərə qadağasını təsdiqləmək üçün homoseksuallar haqqında vulqar ifadə işlətməsindən sonra üzr istəyib.

Vatikanın sözçüsü Matteo Bruni, mayın 20-də bağlı qapılar arxasında İtaliya yepiskoplarına çatdırılan Fransisin şərhləri ilə bağlı yaranan media fırtınasını etiraf edən bir bəyanat verib.

Bruni Fransisin xəbərlərdən xəbərdar olduğunu söyləyib və xatırladıb ki, LGBTQ+ katolikləri ilə ünsiyyəti öz papalığının əlaməti edən Argentina papası uzun müddətdir ki, Katolik Kilsəsində “hər kəs üçün yer” olduğunu israr edir.

Mənbə: Le Monde

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et