Bu gün:

Britaniya universitetlərinin reytinqi düşüb


London İmperial Kollecini dünyanın Ali təhsil ocaqları siyahısına görə ikinci yerdədir, lakin İngiltərə universitetlərinin beynəlxalq reytinqi kəskin şəkildəı aşağı düşür və davamlı maliyyə təzyiqləri səbəbindən bir çoxu bağlanma təhlükəsi ilə üz-üzədir.

Kembric cədvəldə ikinci yerdən beşinci yerə enib, çünki Britaniyanın 90 universitetindən 52-si bu il daha aşağı reytinqlər alıb.

Britaniyada bu il İmperator da daxil olmaqla cəmi 20 universitetin reytinqi yaxşıdır, London Universitet Kolleci isə doqquzuncu yerdədir. 

Vəziyyətə səbəb xarici tələbələrin imtiyazlarının azaldılmasıdır. Belə ki, təhsil almaq üçün Britaniyaya müraciət edən tələbələr təhsillərini bitirdikdən sonra bu ölkədə işləmək üçün məhdud imkanlara sahibdirlər və bu məhdudlaşma hələ də davam edir. 

Mənbə: The Guardian

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et