
Onun həddindən artıq sarı çiçəkləri iyul və avqust aylarında çox xoş və gözəl görüntü yaradır. İri bitki olmaqla yanaşı, kökləri qalındır, həm də uzun illər yaşayır. Bu bitki gentian kimi də bilinir. Xoş qoxusu ilə məşhur olan gentian acı, lakin şirin dada malikdir. Uludağ ətəkləri də daxil olmaqla Şərqi Qara dəniz bölgəsində yayılmış bir bitkidir. Bitki mənşəli müalicə baxımından ən əhəmiyyətli şəfa qaynaqlarından biridir.
Demək olar ki, insan orqanizmi üçün çox faydalı bitkidir. Eyni zamanda, onun heç bir məlum yan təsiri yoxdur. Ancaq gentian istifadə etmək istəyirsinizsə, həkimə müraciət etməli və həkim icazəsi ilə qəbul etməlisiniz. Asanlıqla əldə edilməsi ilə yanaşı, dərman bitkisi kimi hazırda ölkənin hər yerində məşhurdur. İlan otu çəmənlərdə bitən bitkidir. Bundan əlavə, onu herbalistlərdən də əldə etmək mümkündür. Tərkibində insan sağlamlığı üçün faydalı olan bir çox mineral və vitaminlər var. Bədəndəki bir çox orqanlara, xüsusən də ürək və mədəyə faydalıdır. Dərinin sağlamlığının qorunmasında da çox təsirlidir. Tonik kimi istifadə edildikdə dərini daha parlaq və sağlam göstərir. Bundan əlavə, ağrı kəsici xüsusiyyətlərə malikdir. Müntəzəm olaraq istifadə edildikdə, gentian insan orqanizmi üçün bir çox faydalara malikdir. Bu faydaları aşağıdakı kimi sadalaya bilərik;
Sidikqovucu xüsusiyyətlərə malikdir. Bu səbəbdən qanı təmizləmə xüsusiyyətinə də malikdir. Həzm sisteminə kömək edə bilər. O, mədə və tüpürcək ifrazatını artırır. Bundan əlavə, anemiyanı müalicə etdiyi bilinir. Bu səbəblə stress və narahatlıq vəziyyətlərində qəbul edildikdə insanı rahatladır, bayılma və malyariyaya yaxşı gəlir. Bundan əlavə, gut müalicəsində də istifadə olunur, həzmi asanlaşdırır. Bu şəkildə qidalar daha sağlam həzm oluna bilər, mədə yanması kimi mədə xəstəliklərinə qarşı təsirlidir. Tonik kimi istifadə edilə bilər, ağ qan hüceyrələrini artırmağa kömək edir. Belə ki, iştahsızlıqdan əziyyət çəkən insanların iştahını bərpa edir, ishal problemlərinə qarşı istifadə edərkən, soyuqdəymə kimi xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir.
Mənbə: çanakkale
Tərcümə etdi: Aynur Mikayılova
