İstixana qazları CO2, metan və kükürd dioksid kimi təbii qazlardır və onlar Yerdəki temperaturu artırır. Bu, soyuq iqlimlərdə pomidor yetişdirmək üçün istixana kimi istiliyi tutur və saxlayır. NASA-ya görə, istixana qazları olmasaydı, Yer kürəsində orta temperatur indiki kimi 59°F (15°C) əvəzinə 0°F (-18°C) olardı.

1700-cü illərin ortalarında, Sənaye İnqilabının başlaması ilə bəşəriyyət getdikcə mexanikləşdirilmiş həyat tərzini dəstəkləmək üçün qalıq yanacaqlardan istifadə etməyə başlayıb. Qalıq yanacaqların yandırılması atmosferə karbon qazı və metan kimi bir çox istixana qazları buraxır. Və əmin olun ki, bu qazlar atmosferdən heç yerə getmir. Qlobal istiləşmənin təxminən dörddə üçünün səbəbi olan CO2-nin bitkilər, torpaq və dənizlər tərəfindən tamamilə udulması minlərlə il çəkəcək bir prosesdir. İnsanlar olaraq, biz dünyaya çox uzunmüddətli təsir göstərmişik və hələ də edirik. Atmosferdə daha çox istixana qazı daha isti planet deməkdir.
İstixana qazı necə əmələ gəlir?
İstixana effektinə malik olan kükürd, azot oksidi kimi qazlar da yağışla turşu əmələ gətirdiyindən və yer üzünə turşu yağışı kimi qayıtdığından, onların zərərləri daha əvvəl başa düşülüb və uzun illər əvvəl buraxılması qadağan edilib. Havadakı miqdarlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və hər bir ölkənin havanın keyfiyyətinin mühafizəsi qaydaları ilə məhdudlaşdırılır və daim ölçülür və nəzarətdə saxlanılır. Bundan əlavə, onların ümumi miqdarı çox kiçik olmalı olduğundan, qlobal istiləşməyə səbəb olacaq istixana effektində payları daha azdır. Su buxarının miqdarı suyun təbii dövranı ilə sabit qalsa da, karbon qazının miqdarı sənaye inqilabından bəri daim artmış və artmaqda davam edir.
Əslində, karbon qazı karbon dövriyyəsinin tərkib hissəsidir və bütün karbon tərkibli maddələrin oksigenlə oksidləşməsi və ya yanması nəticəsində atmosferə keçir. Bitkilər fotosintez yolu ilə havadan karbon qazını götürür və sellüloza və digər karbohidratlar şəklində birləşdirir. Canlı qida zəncirinin bir hissəsinə çevrilir. Yerin altında qalan canlı tullantılar havasız bir mühitdə qalıq yanacaq əmələ gətirir. Bundan əlavə, yağış sularında həll olunan karbon qazı su ilə qarışaraq karbonat çöküntüləri əmələ gətirir. Məsələn, əhəngdaşı yandırıldıqda havaya çıxan karbon qazı əhəng bərkidikdə havadan geri alınır. Bu tip təbii dövriyyə ilə havadakı karbon qazının miqdarı milyonlarla il sabit qalarkən, sənayeləşmə inqilabı ilə təbii dövranın tarazlığı pozulub. Bir tərəfdən enerji məqsədləri üçün artan miqdarda qalıq yanacaq yandırılarkən (istilik elektrik stansiyalarında, nəqliyyat vasitələrində, istilik sistemlərində və s.), digər tərəfdən, mövcudluğu səbəbindən havadan təkrar qoşulma miqdarı azalıb. Bu balanssızlığa görə 1850-ci ildə havadakı karbon qazının miqdarı milyonda 280 hissə (yəni 280 ppm) ikən 2000-ci ildə 380-400 ppm-ə çatmışdır. Daha acınacaqlı həqiqət isə odur ki, onun havadakı artımı günü-gündən sürətlənir.
Mənbə: seragazidogrulama.com
Tərcümə etdi: Rəhimə Cəmilova
