Bu gün:

Qlobal istiləşmənin qurbanı olan ilk yaşayış yeri: Kivalina, Alyaska



Qlobal istiləşmə indiyədək bir çox insanın həyatına son qoyub və bundan sonra da belə olacaq. Ancaq bu,  bir az fərqli olacaq. Əvvəllər insanlar həddindən artıq istilər, həddindən artıq yağışlar və son dərəcə güclü tufanlar səbəbindən daha az sayda və yerli qruplar halında ölürdüsə, indi kütləvi ölümlər başlayır. Çox tezliklə şəhər miqyasında ölümlər (yaxud bu ölümlərin qarşısını almaq üçün kütləvi köçlər) qaçınılmaz olacaq. Belə bir ölümün baş verəcəyi ilk yer elmi təhlillər nəticəsində müəyyən edilib: ABŞ-ın Alyaska ştatının 384 əhalisi olan Kivalina kəndi. Kəndin su altında qalacağı və dağılacağı təxmin edilir.
Təxminən 20 il əvvəl yerli sakinlər ov mövsümünün 2 həftə geri çəkildiyini və buzların əriməsinin həmişəkindən daha tez köçdüyünü görməyə başladılar.
Əvvəlcə bu yavaş dəyişikliyi anlamaqda çətinlik çəkdiklərini söylədilər. Lakin onlar bildirirlər ki, hər il fəsillərin geriyə keçməsi istər-istəməz fərq yaradır.
Bu geri çəkilmə o qədər sürətləndi ki, indi kənd ovçuları daha diqqətli və daha sürətli olmalıdırlar. Əks halda, ov mövsümünü qısa zamanda qaçıra bilərlər. Bu, uzunmüddətli aclıq deməkdir.
Dərhal tədbir görməsək və insanların səbəb olduğu qlobal istiləşməni dayandırmasaq, çox keçmədən qırmızı zonada yaşayış sahələri kəndlərdən şəhərlərə və hətta ölkələrə sürətlə genişlənəcək. Saysız-hesabsız şəhərlər artıq qlobal istiləşmənin müxtəlif nəticələrinin təhlükəsi altındadır.

Mənbə: Evrimagacıofficial.
Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et