Bu gün:

Yerin ən böyük peykləri




Ayın yanında görünən nədir? Bu, Beynəlxalq Kosmik Stansiyadır (BKS). Fotoda fiziki olaraq Aya yaxın görünsə də, Yerə göründüyündən daha yaxındır. Burada ISS aşağı Yer orbitində böyük mavi mərmərin ətrafında 90 dəqiqəlik orbitlərindən birində Ayın qarşısından keçmək üzrədir. Yer ətrafında bir aylıq orbitdə olan Ayın nazik bir zolağı Günəşdən işıq aldığı üçün bizə aypara fazasında görünür.  Martın sonlarında Çinin Şanxay şəhərindən çəkilən bir foto  bizə Yerin ən böyük süni peykinin təfərrüatlarını göstərməklə yanaşı, həm də Yerin ən böyük təbii peykinin kraterli və qısır səthini təfərrüatı ilə açıb göstərir. Yaxın illərdə bəşəriyyət Aya əvvəlkindən daha çox insan və maşın göndərməyi planlaşdırır.

Mənbə: Evrimağacıofficial.
Tərcümə etdi: Günay Məmmədova.

Paylaş
Şərh əlavə et