Bu gün:

Husilər ABŞ-ın aviadaşıyıcısına növbəti hücuma görə məsuliyyəti öz üzərinə götürüb


Yəmənli husi üsyançıları Qırmızı dənizdə ABŞ-ın “Dwight Eisenhower” aviadaşıyıcısına gün ərzində iki dəfə hücum edib, Husi ordusunun sözçüsü Yəhya Sarea bildirib.

Al Masirah telekanalına danışan Sarea hücumun çoxlu raket və pilotsuz uçuş aparatlarından istifadə edilərək həyata keçirildiyini və bunun hava daşıyıcısına 24 saat ərzində ikinci hücum olduğunu bildirib.

Sözçü həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esminesi və Maina, Aloraiq və Abliani adlı üç ticarət gəmisinin də hücuma məruz qaldığını bildirib.

Sözçü bildirib ki, husilər bir neçə pilotsuz uçuş aparatından istifadə edərək ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesinə "birbaşa zərbə" ilə hücum ediblər. Maina gəmisi əvvəlcə Qırmızı dənizdə, sonra isə Ərəbistan dənizində hücuma məruz qalıb. “Aloraiq” gəmisi Hind okeanında, “Abliani” gəmisi isə Qırmızı dənizdə hücuma məruz qalıb.

Cümə gecəsi ABŞ və Böyük Britaniya Husilərin obyektlərinə qarşı böyük hücuma keçdi. ABŞ Mərkəzi Komandanlığı daha sonra Yəmənin husilərin nəzarətində olan müxtəlif bölgələrində on üç hədəfin vurulduğunu bildirib.


Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et