Bu gün:

Çin heç vaxt Ukrayna münaqişəsindəki tərəflərə silah tədarük etməyib - müdafiə naziri


Müdafiə naziri Dong Jun "IISS Shangri-La Dialogue" forumunda bildirib ki, Çin nə Rusiyaya, nə də Ukraynaya silah vermir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir.


"Biz heç vaxt münaqişənin hər iki tərəfinə silah verməmişik. Biz ikili təyinatlı ixraca ciddi nəzarət etmişik və heç vaxt vəziyyəti gərginləşdirmək üçün heç nə etməmişik", - nazir deyib.

Rəsmi əlavə edib ki, Çin Ukrayna məsələsində həmişə etibarlı mövqe tutub və sülh danışıqlarını dəstəkləyir.


Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et