Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, vilayət administrasiyası rəhbərinin müavini İqor Neçiporenko Rusiyanın sərhəd bölgəsindəki Belqorod vilayətində döyüş sursatının partlaması nəticəsində ölüb.
"Koroçanski rayonunda insident baş verib. Rayon administrasiyası rəhbərinin müavini və rayon təhlükəsizlik şurasının katibi İqor Neçiporenko sursatın partlaması nəticəsində həlak olub", - o, "Telegram" sosial şəbəkəsində yazıb.
Qubernator əlavə edib ki, Ukraynanın Şebekino şəhərinə hücum zamanı 6 mülki şəxs qəlpə yaraları alıb.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
