
Yapon milyarder Yusaku Maezava Ay ətrafında ilk şəxsi uçuş olacağını bildirdiyi "sevgili Ay" missiyasını ləğv edib. Missiyanın ləğvi şənbə günü elan edilib.
Layihənin öz saytındakı bəyanatda deyilir ki, komanda əvvəlcə ötən ilin sonuna kimi göyərtəsində məşhurlarla birlikdə ay ətrafında uçuş etməyi planlaşdırmışdı, lakin bu mümkün olmayıb.
Missiyanın veb saytında yerləşdirilmiş ayrıca bir yazıda Maezawa, ləğvin səbəbinin layihənin inkişafı ilə bağlı qeyri-müəyyənlik olduğunu irəli sürüb. O, müqaviləni layihənin 2023-cü ilin sonuna qədər başlayacağı ehtimalına əsaslanaraq 2018-ci ildə imzaladığını söylədi.
Maezava bildirib ki, "Bu, inkişaf layihəsidir, buna görə də belədir, lakin Starship-in nə vaxt işə salınacağı hələ də qeyri-müəyyəndir"
Mənbə: Reuters
Tərcümə etdi: Nəzri Süleymanova
