Bu gün:

"Şagirdləri ev tapşırıqları ilə yükləmək olmaz"


24media.az-ın "1 sual, 1cavab" rubrikasının budəfəki müsahibi təhsil üzrə ekspert Cahid İmanlıdır. O, yay tətili ərəfəsində şagirdləri ev tapşırıqları ilə yükləmək mövzusunda danışıb. 

– Yay tətilində şagirdlərə ev tapşırığı vermək nə dərəcədə düzgündür?

Hazırkı təhsil sistemində nəinki yay tətili tapşırığı, hətta ev tapşırığının belə verilməsi daha çox aktuallıq daşıyır. Sadəcə onların maraqlarına uyğun şəkildə gəzdiyi yerlərdə gördüklərini hər hansı fənnə uyğun müşahidə və xatırlamaq yolu ilə onlardan bir növ məlumat toplamağı xahiş oluna bilər. Tələb kimi qoyula bilməz. Məsələn, kimsə yay tətillərində rayonlara səfər edərkən və yaxud da nənə, babasının yanına gedərkən oradakı tarixi abidələr haqqında məlumat toplaya bilər. Həmçinin buraya təbiət elmləri, o cümlədən, flora, fauna haqqında da məlumatlar daxildir. Bu cür tapşırıqlar olar bilər. Bu şagirdlər üçün daha maraqlıdır. Bu onların tətilinin də mənalı keçməsinə gətirib çıxarır. Konkret olaraq şagirdlərə yay tapşırığı verilməsi məsələsi düzgün deyil. Bu heç bir yerdə də öz əksini tapmayıb.


Çinarə Muradova

Paylaş
Şərh əlavə et