Bu gün:

Avtomobil nömrələrinə müdaxilə hallarının qarşısı necə alınmalıdır?


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı nəqliyyat eksperti Elməddin Muradlıdır. O, avtomobil nömrələrinə müdaxilə hallarını qarşısının necə alınmalı olduğu haqqında məlumat verib.

 

Avtomobillərin qeydiyyat nişanlarına müdaxilələr artıb. Bu müdaxilə hallarının qarşısı necə alınmalıdır?


Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qeydiyyat nişanlarına müdaxilə etmək, onların üzərini bağlamaq və ya  hansısa formaya salmaq inzibati məsuliyyət yaradır. Lakin çox təəssüf olsun ki, bəzi sürücülər bunu ya qəsdən, ya da bilməyərəkdən edirlər. Birmənalı şəkildə bunu bilmək lazımdır ki, bu bir qayda pozuntusudur. Dövlət qeydiyyat nişanlarının üzərinə hər hansısa bir örtük çəkməyə görə kifayət qədər ağır sanksiyalar nəzərdə tutulur. (800 manatdan yuxarı cərimə)

 

Sürücülər dövlət qeydiyyat nişanlarının hərflərini, rəqəmlərini dəyişirlər. Müxtəlif dəyişikliklər etməklə məsuliyyətdən yayınmağa çalışırlar. Məsələn: "0" rəqəmini "9", "9" rəqəmini "8" edirlər, "f" hərfini "e" hərfinə çevirirlər və.s bunun kimi dəyişikliklər edirlər ki, cərimələr gəlməsin. Son dövrlər xüsusi texniki vasitələr belə halları aşkarlayır, çünki artıq bu hallara yol verən insanların sayı artmaqdadır. Cərimədən yayınmaq üçün belə əməllərə yol vermək lazım deyil, sadəcə çalışmaq lazımdır ki, bu xətalar baş verməsin. Maşının nömrəsini açıb baqajda gizlədənlər var ki, yüksək sürətli yollarda radara düşməyə qarşı bir vasitə kimi bundan istifadə edirlər. Bu əməllərin hər biri inzibati məsuliyyət yaradır. Belə hərəkətlərdə sonda daha ağır cəzaların tətbiq edilməsinə səbəb olur.


Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et