Bu gün:

Tozlu hava şəraitinin səbəbi nədir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının bugünkü qonağı ətraf mühit üzrə mütəxəssis Rövşən Abbasovdur. O bir neçə gündür davam edən tozlu hava şəraiti haqqında danışıb.


-Sizcə, bu tozlu hava şəraitinin səbəbi nədir, bu vəziyyəti aradan qaldırmaq olarmı?


Bakı şəhərində və Abşeron yarımadasında hazırda müşahidə olunan toz kütləsi trans-sərhəd xarakterə malikdir. Ölkəmizin ərazisində, əsasən, Xəzər dənizinin  şərq sahillərində yerləşən Qaraqum və Qızılqum səhralarından, eləcə də İranın şimal ərazilərindən daxil olmuşdur. Bu trans-sərhəd tozlar uzaq məsafələri qət edib və hazırda böyük bir region eyni təsirə məruz qalmaqdadır. 


Ayın 28-i tarixində tozlu hava bir qədər səngiyib, amma proqnozlar göstərir ki, mayın 30-dan 31-ə keçən günü yenidən Bakıda tozlu hava müşahidə olunmağa başlayacaq. 


Bu vəziyyəti aradan qaldırmaq üçün heç bir tədbirin görülməsi mümkün deyil. Çünki bu trans- sərhəd tozlanmalar çox böyük bir ərazini əhatə edir və buna yerli səviyyədə heç bir müdaxilə mümkün deyil. Sadəcə bu vəziyyətə bir qədər adaptasiya məsələləri mümkündür, yəni bir qədər qorunmaq lazımdır: İnsanlar tibbi maskadan istifadə etməli, hava çirkliliyi olanda mümkün qədər evdə oturmalı və imkan varsa, ev şəraitində hava təmizləyiciləri qurğuları var, hansı ki balaca portativ qurğulardır sərinkeş formasında onlardan istifadə etməlidirlər. Bu tədbirlər hava şəraitinin təsirinə məruz qalmamaq üçün əlverişli olacaq.


Günay Məmmədova

Paylaş
Şərh əlavə et