Bu gün:

"Elimizə yaz gəldi" adlı tədbir keçirilib


21 may 2024-cü il tarixində Bakı şəhəri İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Suvarovanın təşkilatçılığı ilə 3-cü sinif şagirdlərinin yaradıcılıq fəaliyyətini əks etdirən “Elimizə yaz gəldi” adlı tədbir təşkil edilib. Tədbirdə məktəbin həyətində hər bir sinfin şagird və valideyinlərinin əl işlərini və yaradıcılıqlarını əks etdirən guşələr təşkil edilib.  Şagirdlər öz rəqs, mahnı və şeir bacarıqlarını nümayiş etdiriblər. Eləcə də valideynlər də tədbirdə çox aktiv şəkildə iştirak edərək övladlarına dəstək olublar. Tədbirin əsas məqsədlərindən biri “Valideyn-müəllim-şagird üçbucağı” çərçivəsində əyləncəli və dəstəkləyici əməkdaşlıq qurmaqdan ibarət olub. Tədbir bütün qonaqlar və iştirakçılar tərəfindən xoş qarşılanıb və çox bəyənilib.



Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et