Amelanotik konyunktival nevus və skleral incəlmə gözlərin ağlarında boz ləkələrlə əlaqəli üç göz vəziyyətidir. Oküler melanositoz, gözün ağ hissəsi olan skleranın şifer-boz və ya mavi yamaq kimi göründüyü anadangəlmə bir vəziyyətdir, bunu Amerika Oftalmologiya Akademiyası izah edir. Vəziyyət xoşxassəli olsa da, fərdlərdə qlaukoma daha çox olur və melanoma riski yüksəkdir. Skleral melanositozun səbəb olduğu şifer boz ləkələr, xüsusilə Afrika-Amerika və Asiyalı uşaqlarda yaygındır. Amelanotik konyunktival nevusu olan şəxslərdə görülən nevus, adətən xoş xasiyyətli olan gözdə piqmentli böyüməni təmsil edir. Bununla belə, nadir hallarda nevuslar oküler melanoma adlanan göz xərçənginə çevrilə bilər. Nevuslu insanlar, xərçəng inkişaf edərsə, erkən aşkarlanmasını təmin etmək üçün böyümələrini bir tibb işçisi tərəfindən izləməlidirlər. Amerika Oftalmologiya Akademiyası deyir ki, skleranın incəlməsi orqanizmdə kollagenin sintezindəki qüsurlar nəticəsində baş verə bilər. Bu vəziyyətə gətirib çıxara bilən bəzi qüsurlara Ehlers-Danlos sindromu, Marfan sindromu və osteogenez imperfekta daxildir.
Tərcümə etdi: Zəhra Niftiyeva
Mənbə: 411answers.com
