
Uorvik Universitetinin alimləri yaşayış üçün Yer ölçüsündə yeni planet kəşf etmək üçün beynəlxalq komandanın üzvü olduqlarını bildiriblər.
"NASA" və "Avropa Kosmik Agentliyi (ESA)" ilə işləyərək, "Gliese 12 b"nin 2022-ci ildə Böyük Britaniyada müşahidə olunan isti dalğası ilə eyni temperatura malik olduğunu və insanların nəzəri olaraq sağ qala biləcəyi bir neçə tanınmış qayalı planetlərdən biri olduğunu deyirlər.
Universitetdən bildirilib ki, planetin 40 işıq ili uzaqlığı onun daha yaxından təcrübə üçün çox uzaq olması deməkdir.
Uorvik astrofiziki Dr. Tomas Uilson dedi: "Bu, həqiqətən həyəcan verici bir kəşfdir və qalaktikamızda Yerə bənzər planetlər haqqında araşdırmalarımıza kömək edəcəkdir".
Planetin təxmini səth temperaturu təxminən 42C-dir, lakin elm adamları onun atmosferinin necə olduğundan hələ də əmin olmadıqlarını söylədilər. O, Günəşin öz versiyasını 12,8 gündə bir dövr edir və Yerin ölçüsünə bənzəyir.
Mənbə: BBC
Tərcümə etdi: Nəzri Süleymanova
