Bu gün:

“Bu, təhsilin psixoloji alətə çevrilməsidir”


24Media.az-ın " 1 sual, 1 cavab " rubrikasının budəfəki qonağı təhsil eksperti Elmin Nurizadədir. O, magistratura nəticələrinin keçid ballarına təsirindən danışıb. 


-17 may magistratura imtahanının yekun nəticələri açıqlandı. Sizcə, yekun nəticə keçid ballarına necə təsir edəcək?


Xüsusən, son 2 ildə Azərbaycan ali təhsil seqmentində magistratura səviyyəsinə olan marağın sayı artıb. Bunu həm plan yerlərində, həm də sənəd verən bakalavriatların sayında da görmək olar. Məsələn, 2024-2025 tədris ili üçün magistratura səviyyəsi üzrə 19.725 bakalavr sənəd vermişdi. Onlardan 18.206-sı Azərbaycan, 1519-u isə Rus bölməsinə aid idi. Bu ötən ilki rəqəmlərlə ciddi surətdə fərqlənir. Ötən il 18.724 bakalvr sənəd vermişdi, onlardan 17.190-nı Azərbaycan, 1534- ü Rus bölməsinə aid idi. Ötən ilin ikinci cəhd imtahanında da bu say az idi. Qeyd etdiyimiz kimi, ildən-ilə bu saylar artmaqdadır. Magistratura pilləsinə artan marağın səbəbi hansısa xüsusi özəlliklə açıqlana bilməz. Çünki artıq bakalavriat pilləsi də ali təhsil sayılır və dövlət qulluğuna qəbulda bakalvr diplomu da tam hüquqlu sənəd kimi iştirak edə bilir.


Magistratura təhsili, əsasən, akademik karyera üzərindən inkişaf etmək istəyənlər üçün vacibdir. Qəbul olunanların neçə faizinin bu istiqamətdə addımlayacağını söyləmək çətindir. Bu günlərdə işçiləri əmək bazarı seçir. Ola bilər ki, bakalavriat diplomunu yeni almış şəxs mükəmməl ingilis dili bildiyi üçün 10 magistr diplomu almış şəxsdən daha tez seçilər. Magistratura təhsili əmək bazarını faydalı etmək üçün hesablanmır. Bu daha çox psixoloji bir hadisədir. Məsələn, 4-cü qrupda 10 tələbə magistraturaya hazırlaşdığı üçün yerdə qalan 5 nəfərdə imtahanlara hazırlaşmağa başlayır. Bu yalnız təhsilin psixoloji alətə çevrilməsidir. Təhsil birinci növbədə şəxsiyyət yetişdirir, ikinci növbədə isə əmək bazarına uyğun kadrlar yetişdirir.
 

Sevil Azər

Paylaş
Şərh əlavə et