"Valideynlər gənclikdə qazanmadıqları uğurları övladlarına mənfi şəkildə yükləyirlər"-Aynur İsmayılova

24media.az-ın "1 sual, 1cavab" rubrikasının budəfəki müsahibi Ailə və Uşaq psixoloqu Aynur İsmayılovadır. O valideynlərin övladlarına imtahan ərəfəsi göstərəcəyi psixoloji dəstəkdən danışıb.
İmtahanlar ərəfəsində valideynlər övladları ilə necə rəftar etməlidirlər?
Qəbul imtahanı çox abituriyentin seçəcəyi bir nüansdır. Abituriyentlər ixtisas seçimlərində arzularını gerçəkləşdirmək üçün müxtəlif cür ixtisaslar seçirlər. "Səndə alınmalıdır", "sən bu imtahandan mütləq şəkildə keçməlisən", "camaatın övladı keçir, sən niyə keçə bilmirsən?" kimi sözlər deyirlər. Valideynlər fərqində olmurlar ki, bu uşaq onların arzularını gerçəkləşdirə bilməz. Onların özlərinə məxsus arzuları var. Valideynlər övladlarına qarşı inamlı rəftar etməlidirlər ki, sən əgər istəyirsənsə, imtahanda diqqətini toplaya bilərsən. İmtahana qədər vaxt qalan ərazidə diqqət toplamaq, zehni aktivləşdirmək üçün psixoloqa da müraciət etmək mümkündür. İmtahana əgər az vaxt qalıbsa, valideynlər uşaqlarına dəstək ola bilərlər ki, "sən bu imtahandan keçsən də, keçməsən də mənim övladımsan", "indi alınmasa belə birgə köməkləşib nə isə inkişaf etdirə bilərik", "sənin bacarığın var. Növbəti ildə qazana bilərsən", "imtahanda heç bir şeyi düşünmə. Sadəcə özünə köklən", "sən onsuzda imtahanda yazacaqsan, illərdir hazırlaşırsan".
Çinarə Muradova
