Bu gün:

Saat əqrəbi istiqamətində fırlanan planet


Günəş sistemindəki səkkiz planetin hər birinin özünəməxsus xüsusiyyətləri var. Başqa sözlə desək, hər birinin xüsusiyyətləri fərqlidir. Biri saat əqrəbi istiqamətində, digərləri isə saat əqrəbi istiqamətinin əksinə fırlanır.


Günəş sistemində saat əqrəbi istiqamətində fırlanan yalnız bir planet var. Bu baxımdan o, digər planetlərdən fərqləndirici xüsusiyyətə malikdir. Bu planet öz adını Roma ilahəsindən götürüb. Gün batarkən parlayır və yaxından baxanda odun rənginə bənzəyir.

Saat əqrəbi istiqamətində fırlanan planetin adı Veneradır. Günəş sistemində Venera və Uran digər planetlərin əksinə fırlanır. Bu səbəbdən Veneranı tərs fırlanan planet, Uranı isə tərs çəllək kimi fırlanan planet adlandırırlar.

Veneranın saat istiqamətində fırlanmasının müxtəlif səbəbləri ola bilər. Bunun üçün müxtəlif fərziyyələr irəli sürülüb. Bunlardan bəziləri aşağıdakılardır:

Venera keçmişdə meteor və ya asteroidlə toqquşmuş ola bilər ki, bu da istiqamətini dəyişə bilərdi. Ehtimallardan biri odur ki, Venera meteor toqquşmasından sonra əks istiqamətdə hərəkət etməyə başlamış ola bilər.

Başqa bir ehtimal da odur ki, başlanğıcda digər planetlərlə eyni istiqamətdə fırlanan Veneranın üzərindəki gelgit dalğalarının təsiri ilə zamanla sürəti azalır və əks istiqamətdə hərəkət edir. Veneranın fırlanma sürətinin Yerdən daha aşağı olmasının səbəbi də budur.

Öz oxu ətrafında ən sürətli fırlanan planet

Yupiter Günəş sistemində öz oxu ətrafında ən sürətli fırlanan planetdir. Başqa sözlə, ən qısa günlərə malik planet Yupiterdir. Yupiterin öz oxu ətrafında bir dövrəni tamamlaması üçün 9,9 saat Yer vaxtı lazımdır. Beləliklə, Yupiterdə bir gün təxminən 9,9 saat davam edir.

Mənbə: sabah.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et