Bu gün:

Müəllimlər vakansiya seçimi zamanı hansı məqamlara diqqət etməlidirlər?


24Media.az-ın " 1 sual, 1 cavab " rubrikasının budəfəki qonağı təhsil eksperti Elçin Süleymanov olub. O, müəllimlərin vakant seçimi zamanı hansı məqamlara diqqət etmələri haqqında danışıb. 

 

Müəllimlər vakansiya seçimi zamanı hansı məqamlara diqqət etməlidirlər?

 

İlk olaraq, müəllimlər vakant seçimi edərkən MİQ imtahanındakı balları, bu balı toplayanların faiz nisbətini bilərək seçim etməlidirlər. Xüsusilə, mərkəzi məktəblərdə, tanınmış məktəblərdə işləmək istəyənlər çox olur, ona görə də müsabiqə vəziyyəti daha yüksəkdir. Eyni zamanda, bir az daha kənar, ucqar ərazilərə keçdiyimiz zaman o yerləri seçənlərin sayı daha az olur və real olaraq oraya işə düzəlmək imkanları artır. Düşünürəm ki, ilk olaraq, burada realist yanaşmalıdırlar. Həm öz potensialına, topladığı balına, həm də məktəblərdəki vakant yerə görə seçim etməlidirlər. Təbii ki, ixtisaslar arasında fərqlərdə var. Müəyyən ixtisaslarda müsabiqə vəziyyətini keçənlər və yer dəyişmək istəyənlər daha çoxdur, bəzilərində isə azdır. Buna görə də qeyd etdiyim kimi ixtisası məktəblərdəki yer və MİQ imtahanını nəticəsi, bunların hər birinə uyğun olaraq seçim etməlidirlər. Düşünürəm ki, müəllimlər üçün yaxşı fürsətdir. Eyni zamanda, bu müsabiqə daha keyfiyyətli müəllimlərin işə qəbul tədris prosesinin cəlbinə gətirib çıxarır. Bu da nəticədə, təhsilin inkişafına səbəb olur. Ona görə bu formada müsabiqə vəziyyəti nə qədər çox olarsa, ən layiqli, hazırlıqlı müəllimlər fəaliyyətə başlayar və ümumi təhsilin güclənməsinə xidmət edər. 

 


Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et