Bu gün:

"Milli ədəbiyyatı oxumadan xarici ədəbiyyata keçmək doğru olmaz"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin Üzvü, yazıçı-dramaturq Elçin Hüseynbəylidir. O, Azərbaycan və dünya ədəbiyyatının oxunmasından danışıb. 


Sizcə, gənclər daha çox Azərbaycan, yoxsa dünya ədəbiyyatını oxumalıdırlar?


-Mən düşünürəm ki, istər milli, istərsə də xarici ədəbiyyat dünya ədəbiyyatının tərkib hissəsidir. Əsas ədəbiyyat nümunələrinin mükəmməl olmasıdır. Həmin nümunələrə həm Azərbaycan, həm də xarici ədəbiyyatda rast gəlirik. Ona görə də həm Azərbaycanın, həm də xarici ədəbiyyatın gözəl nümunələri oxunmalıdır. Kampaniyaçılıq və  konyunktura sevmirəm. Məsələn, ancaq Azərbaycan, ya da xarici ədəbiyyatı oxuyaq deyə bir şey olmalı deyil. 


Təkcə öz ədəbiyyatımızla, əlbəttə, kifayətlənmək lazım deyil. Dünyagörüşünün artırılması, dünyada baş verən ədəbi prosesləri izləmək, janr, düşüncə müxtəlifliyini görmək, əcnəbi mədəniyyəti öyrənmək üçün dünya ədəbiyyatından da yararlanmaq lazımdır. Milli ədəbiyyatı oxumadan xarici ədəbiyyata keçmək də doğru olmaz. 


Çinarə Muradova

Paylaş
Şərh əlavə et