Bu gün:

Mumbayda reklam lövhəsinin aşaması nəticəsində 14 nəfər həyatını itirdi


Hindistanın Mumbay şəhərində qəfil fırtına zamanı nəhəng reklam lövhəsinin uçması nəticəsində azı 14 nəfər ölüb, onlarla insan yaralanıb.

Polisin məlumatına görə, ölçüsü 70 × 50 metr olan reklam lövhəsi bazar ertəsi şəhərdəki evlərin və yanacaqdoldurma məntəqəsinin üzərinə düşüb.

Təcili yardım xidmətləri bir neçə nəfərin hələ də altında qaldığını və xilasetmə əməliyyatının davam etdiyini bildirir.

Mumbayın yerləşdiyi Maharaştra ştatının hökuməti hadisə ilə bağlı araşdırma aparılmasına dair göstəriş verib.

Yerli xəbər kanallarında yayılan kadrlarda nəhəng reklam lövhəsinin küləyə görə yelləndiyi və şəhərin şərqindəki Ghatkopar məhəlləsində yolun yaxınlığındakı binalara çırpıldığı göstərilir. Qəza nəticəsində bir neçə avtomobil əzilib.

Hadisə yerindən fotolarda qəza qruplarının dağıntılar arasında işlədiyini görmək olar. Dramatik video kadrlarda xilasedicilərin yıxılan reklam lövhəsinin altından qurbanı çıxararkən metalı kəsmək üçün elektrikli alətlərindən istifadə etdikləri görünür.

ANI xəbər agentliyinin səlahiyyətli ləri: "Biz 80-ə yaxın insanı sağ-salamat xilas etdik. " "Bir qırmızı avtomobil var, ciddi zədələnin, avtomobilin içərisində sıxışan insanların olduğundan şübhələnirik."

Kuryer xidmətində işləyən 20 yaşlı Akşay Vasant Patil fırtına başlayanda avtomobili ilə yanacaqdoldurma məntəqəsində gözləyirdi. 

"Mən bilbordun yıxıldığını görəndə və qaçmağa çalışdım, amma maşınların arasında qaldım" dedi.

Mən də daxil olmaqla səkkiz-doqquz nəfər qaça bildi.”

Lakin cənab Patil dağılmış reklam lövhəsinin altında yük maşınlarında və avtomobillərdə ilişib qalan bir çox insan da gördüyünü deyib. 

Qurbanlar arasında yağış başlayanda işə gedən 24 yaşlı Bharat da olub.

Anası Naina Vinod Rathod, "O, yaxınlıqdakı körpünün altına sığınmaq üçün dayanmışdı. sonra reklam lövhəsi onu öldürdü" dedi.

Həmin vaxt evdə olan Rathod xanım faciədən ərinin zəngindən xəbər tutub.

"Mən dərhal hadisə yerinə getdim, amma mən gələnə qədər oğlum artıq ölmüşdü."

Mənbə: BBC

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et