Bu gün:

Ukraynada yeraltı məktəb istifadəyə verilib


İki müəllim onları polad qapıda təbəssümlə qarşıladı və beton pilləkəndən aşağı düşən ana və qızı əl-ələ verərək növbəti partlayış anından qurtulub bunkerə girdilər.Yüzlərlə uşaq bu həftə Ukraynanın ilk yeraltı məktəbində Rusiya pilotsuz təyyarələri və raket hücumlarından qorunmaq üçün yüzlərlə uşaq yerdən 6 metr (20 fut) aşağıda dərslərə başlayıb.

Xarkov 155 saylı ibtidai məktəbinə giriş səkidəki kiçik ağ beton qutunun içindəki qapıdandır. Pilləkənlərin aşağı hissəsində sinif otaqları dəhlizdən ayrılır. Pəncərələri yoxdur, amma otaqlar işıqlıdır, koridorlar ağ və yaşıl rəngə boyanıb. 

Ukraynanın ikinci ən böyük şəhəri, ölkənin şimal-şərqində, Rusiya sərhədinə yaxın yerdə, 26 ay əvvəl Moskvanın işğalı onun qalalarında dayandırılandan bəri amansız Rusiya hücumuna məruz qalıb. Son həftələrdə döyüşlər yaxınlaşıb və hava hücumları daha davamlı olub, çünki Rusiyanın ətraf kəndlərə hücumu Ukrayna qoşunlarını geri çəkilməyə məcbur edib. 

Bu müharibə günlərində Xarkovda uşaqların əksəriyyəti dərslərini evdən keçirir. 9 yaşlı Maşa və onun qardaşı Oleksii 6 başqa uşaq ilə birlikdə  real müəllimlə real dərsə getmək şansından istifadə ediblər. 

Yeni məktəbdə ilkin olaraq 300 şagird qəbulu var, lakin Xarkov meri İqor Terekhov bildirib ki, bu, hər biri 450 nəfər olmaqla iki günlük növbəyə qədər genişlənəcək.

"Biz elə etməliyik ki, həm müəllimlər, həm də şagirdlər məktəbə öyrəşsinlər və ümid edirik ki, sentyabrın 1-dən etibarən şagirdlər sistemə tam şəkildə öyrəşəcək."

Mənbə: Reuters.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et