Bu gün:

Yuxuda xarici dildə danışmaq nə deməkdir?



Bunun fərqli cür yozmaları var:

Yuxuda xarici dildə danışdığınızı görsəniz, xeyirli yozulur. Yad dildə danışmağı bilmədiyi halda yuxusunda xarici dildə danışdığını görən insanın gülümsəyəcəyinə yozulur. Xəyalpərəstin uzunmüddətli zəhməti nəticəsində zəhmətinin qarşılığını alacağı da yozumlar arasındadır.

Həmiçinin, yuxusunda özünü xarici dildə danışdığını görən insanın, tanış olacağı yeni insanlarla dostluq edəcəyinə və bunun nəticəsində ortaqlıq ilə işləri yoluna qoyacağına yozulur. Xarici dildə danışmaq xəyalpərəstin əldə edəcəyi uğurun göstəricisidir. Yuxu sahibi yuxusunda xarici dildə danışmağı bilmədiyi halda xarici dildə danışırsa, işinin böyüyərək dünya miqyasında tanınacağına yozulur. 

Xarici dillərdə danışan insanları görmək

Yuxusunda başqalarının xarici dildə danışdığını görən xəyalpərəstin çox müvəffəqiyyətli olacağı bir işə girəcəyinə və bu işi son dərəcə yaxşı idarə edəcəyinə yozulur. İnsanların xarici dildə danışdığını görmək, xəyalpərəstin böyük qazanc əldə etməsinə və maddi vəziyyətini yaxşılaşdıracağına yozulur.

Yuxuda yoldaşınızın xarici dildə danışdığını görmək

Yuxusunda yoldaşının  xarici dildə danışdığını görən adamın sevdikləri ilə xoşbəxt bir həyat yaşayacağına yozulur. Üstəlik, böyük qazanc əldə edəcəyinizi və işinizdə uğur qazanacağınıza işarə edən bir yuxudur. Edilən şərhlər arasında onun biznes quracağı və onu dəstəkləyən insanlarla genişləndirəcəyi də var.

Yuxuda xarici dil kursuna getdiyini görmək

Yuxu görənin mübahisə etdiyi insanlarla münasibətlərini yaxşılaşdıracağına və çoxlu nüfuz qazanacağına yozulur. Əgər insan özünü xarici dil kursunda görürsə, bu, cari borclarını ödəmək kimi yozulur. Üstəlik qazandığı pulu Allah yolunda xərcləyərək çoxlu yardımlar göstərəcəyinə yozulduğu yuxudur.

Mənbə: milliyet

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et