Bu gün:

Su yanğını necə söndürür?


ABŞ Meşə Xidmətinin Missoula Yanğın Elmləri Laboratoriyasının alov alovlanması və davranışı üzrə eksperti Sara McAllister deyir: "Suyun alovu söndürməsinin səbəbi, əsasən, onun çox yaxşı soyuducu olmasıdır. Su istiliyi çox yaxşı mənimsəyir."

Ancaq suyun alova birbaşa təsir etmədiyini öyrəndikdə təəccüblənə bilərsiniz. Yanğın üçün üç şey lazımdır: Yanacaq, oksigen və istilik mənbəyi. Su birbaşa yanğınla mübarizə aparmaq əvəzinə yanacağa təsir edir. Berkli Kaliforniya Universitetində işləyən alovlanma mütəxəssisi Maykl Qollner dedi: “Yanacaq odun və ya çalı, ya da bina olsun. O deyir ki, su mahiyyət etibarilə yanacağın yanmasını çətinləşdirir".

Qollner bildirir ki, odun yanan zaman odun istiliyi əslində odundakı maddələri buxarlayır və onları odun yandıran qaza çevirir. Odun üzərinə su səpsən, su və odun atəşin istisi ilə buxarlanacaq.

Suyun istilik tutumu yüksək olduğuna görə onun buxarlanması üçün çoxlu miqdarda enerji və ya istilik tələb olunur. Alov öz enerjisini suyu buxarlamağa sərf edərsə, yanacağın qızdırılmasına sərf edəcəyi enerji də azalacaq. Su istiliyi udduqca yanacaq soyuyur. Alov yanacağın buxarlanması üçün kifayət qədər qızdıra bilmirsə, o, özünü qidalandıra bilməz və dağılacaq.

Bu proses həm də yanğının qarşısını almaq üçün çox təsirli bir üsuldur. Mümkün yanacaqları islatmaqla yanğının yayılmasının qarşısını ala bilmək olar. 

Qollner deyir ki, buxarlanmış su da xüsusi ssenarilər üçün yanğının söndürülməsi strategiyasıdır.  

Su açıq-aydın təsirli bir söndürmə vasitəsidir. Lakin McAllister deyir ki, xüsusilə meşə yanğınları zamanı suyun əlverişli strategiya olmadığı vəziyyətlər var. Bu kütləvi yanğınlarda, o qeyd edir, "lazım olan yerə (kifayət qədər) suyu çatdırmaq daha çətindir."

Çox vaxt meşə yanğınlarına atıldığını gördüyünüz su yanğını söndürmək yox, yavaşlatmaq məqsədi daşıyır. Qollner deyir ki, suyun əlavə edilməsi digər yanğınsöndürmə üsullarının işləməsi üçün bir az vaxt qazandıra bilər, amma bu yanğını dayandırmayacaq. “Yerdə insanlar olmalıdır, yanacağı fiziki olaraq çıxarıb, üzərinə qum tökərək söndürürlər. Amma bu, alovun hündürlüyü 15 metr olanda edə biləcəyiniz iş deyil”.

Mənbə: popsci.com.tr

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et