Bu gün:

Körpələrin göz və saç rəngləri niyə dəyişir?


Yenidoğulmuşların irislərində piqmentin paylanması hələ tamamlanmamışdır. Yəni bu piqmentin ifrazı doğuşdan sonra da davam edir. Qara dərili körpələrdə gözlər də tünd olaraq doğulur və çox vaxt belə qalır, çünki melanin ifrazı bütün bədəndə yüksəkdir. Açıq rəngli insanlarda gözlər adətən mavi və ya bozumtul olur, sonra isə tündləşir. Bunun səbəbi doğumdan sonra ifrazı davam edən melanin piqmentidir. Piqmentin miqdarı artdıqca göz qaralır. Çox maraqlı bir başqa vəziyyətdən də körpələrin inkişafının hələ tamamlanmadığını başa düşmək olar. Körpələrdə göz əzələlərinin daralması və işığın miqdarına görə bəbəyin daralması və genişlənməsi əzələlərin təzyiq göstərməsinə səbəb ola bilər. Onların hüceyrələri rahatlayır və beləliklə melanin piqmentinin paylanmasına təsir edir və gözdə rəng dəyişikliyinə səbəb olur. Bunu böyüklərdə də müşahidə etmək olar. Ancaq körpələrdə rəng dəyişikliyi daha aydın görünür. Ancaq ümumiyyətlə körpələrdə göz rəngi doğuşdan sonra ilk 6-9 ayda dəyişdiyini və 9-12-ci ayda tam düzəldildiyini deyə bilərik.


Mənbə: evrimagaci.org

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et