Bu gün:

Qastronomiya nədir? Qastronum nə edir?


Qastronomiya yemək və mədəniyyət arasındakı əlaqəni ətraflı araşdıran bir elm sahəsidir. Qastronomiya və Kulinariya İncəsənəti fakültəsini bitirən insanlar üçün ən vacib iş sahələri restoran, otel, proqramlaşdırma, təyyarə aşpazı, yemək fotoqraflığı kimi işlərdir.

Qastronomiya və Kulinariya İncəsənəti kafedrası həmçinin mətbəx, kulinariya və yemək ilə maraqlananlara kulinariya sənəti üzrə elmi təhsil almaq imkanı yaradır. Yemək və içkilər haqqında elmi və bədii baxışa sahib olmaq, ətraflı məlumat əldə etmək kimi mühüm funksiyalara malikdir. Qastronomiya kafedrası bilik və bacarıqlarla təchiz edilmiş, şüurlu, mədəniyyətli, innovativ keyfiyyətlərə malik, beynəlxalq səviyyədə rəqabət apara biləcək rəhbər aşpazları və gələcəyin qastronomlarını hazırlayır.


Qastronomiya təhsili alan insanların işi sadəcə mətbəxdə yemək bişirmək kimi qəbul edilməməlidir. Bu insanlar qida və içki yazarları, restoran-otel menecerləri və ya qida şirkətlərində məhsul inkişaf menecerləri kimi işləyə bilərlər. Eyni zamanda qida və içki media sektorunda çalışa, iaşə şirkətlərində layihə meneceri ola bilər və ya təlimatçı-akademik kimi bir çox başqa sahələrdə işləmək imkanı tapa bilərlər. Bir sözlə, qidanın olduğu istənilən sahədə işləyə bilər.


Mənbə: CNN Türk

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et