Bu gün:

Pıçıltı otağının sirri nədir?


Təsəvvür edin ki, dostunuzla uzun bir otağa girirsiniz və arxalarınızı bir-birinizə tutub otağın hər iki tərəfinə gedirsiniz.  Sizcə otağın forması necə olmalıdır ki, dostunuz pıçıldadığınız hər sözü eşitsin?  Həmçinin siz və dostunuz bunun üçün otağın hansı nöqtələrində dayanmalısınız?  İlk baxışdan çox çətin görünən bu sualın sadə cavabı üçün bir az riyaziyyat bilmək kifayətdir.

Dostunuzun pıçıldadığınız sözləri eşitməsi üçün otağın divarlarından əks olunan səs dalğaları dostunuzun qulağına doğru yönəlməlidir. Bunun baş verməsi üçün otağın ellips şəklində olması və sizin və dostunuzun ellipsin mərkəz nöqtələrində dayanması kifayətdir.

Gündəlik həyatda pəncərələr, körpü tağları, pilləkənlər kimi bir çox memarlıq sahələrində ellips əyrilərinə rast gəlmək mümkündür. Yerin Günəş ətrafında fırlanarkən keçdiyi yol və idman avadanlığı olan elliptik velosipeddə ayaqlarınızın hərəkəti də ellips şəklindədir.

Bəs ellips formasını xüsusi edən nədir?

Ellipsin həndəsi forması, əslində, konik bir hissədir. Konusun, üçölçülü bərk cismin və müstəvinin kəsişmə əyrisidir, riyazi olaraq, ellips fokus nöqtələrinə olan məsafələrinin cəmi sabit olan nöqtələr toplusudur.

Mənbə: bilimgenc.tubitak.gov.tr
Tərcümə: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et