Bu gün:

Kortikal sümük nədir?


Kortikal sümük kalsiumla zəngin sümük toxumasının sıx və möhkəm toxumasıdır. O, sümükün xarici təbəqəsini təşkil edir. Sinirlər və qan damarları üçün də minlərlə kiçik kanala bənzər keçid təmin edir.

 Arizona Dövlət Universitetinin Həyat Elmləri Məktəbi sümüklərin üç təbəqədən ibarət olduğunu izah edir: yığcam və ya kortikal sümük, süngər sümük və sümük iliyi. Kortikal sümük toxuması çox güclüdür, çünki bədənin ağırlığını dəstəkləyir və bir dəstə qamışla müqayisə edilə bilən paralel osteon bölmələrindən ibarətdir. Hər bir osteon sinirləri və qan damarlarını ehtiva edən mərkəzi kanaldan ibarətdir, osteosit hüceyrələri kanalı ağacın halqaları kimi əhatə edir. İnsan bədənindəki sümüyün təxminən 80 faizi kortikal sümük toxumasından ibarətdir.

Mənbə: 411answers.com

Tərcümə etdi: Aysel Aslanova 

Paylaş
Şərh əlavə et