Bu gün:

Ponzo illüziyası nədir?


İlk dəfə 1911-ci ildə italyan psixoloq Mario Ponzo tərəfindən nümayiş etdirilən həndəsi-optik illüziya olan Ponzo illüziyası necə işləyir?

Ponzo illüziyasının bir izahı “perspektiv fərziyyə”dir. Bu fərziyyədə deyilir ki, şəkildəki perspektiv xüsusiyyət, yaxınlaşan xətlərin normal olaraq məsafə ilə əlaqələndirilməsindən irəli gəlir, yəni iki əyri xəttin üfüqə yaxınlaşdığı görünür. Başqa bir fərziyyə, "çərçivə effektləri fərziyyəsi" təklif edir ki, üfüqi xətlər və onları çərçivəyə salan yaxınlaşan xətlər arasındakı boşluq təhrifin miqyasını müəyyən edə və ya ən azı ona kömək edə bilər.

Şəkillərdəki nəqliyyat vasitələrinin hamısı eyni ölçüdə olsa da, onlar kiçikdən böyüyə doğru düzülmüş kimi görünür.


Mənbə: yenidönem

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et