Bu gün:

“Özbaşına ingilis dilini öyrənməyin yolları” adlı təlim keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Özbaşına ingilis dilini öyrənməyin yolları” adlı təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd tələbələrin maarifləndirilməsi, ingilis dilinə olan marağın artırılması, Self-study (öz-özünə hazırlaşmaq) üsulu ilə ingilis dilini öyrənmək metodlarına yiyələnmələri olub.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili çıxış edərək belə təlimlərin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Təlim zamanı Bakı Dövlət Universitetinin Cambridge (CELTA) sertifikatlı müəllimi, EducMentor mərkəzinin rəhbəri Anzulə Pərvizqızı tələbələrə ingilis dilinin əhəmiyyəti, müstəqil olaraq bu dili öyrənməyin yolları barədə ətraflı məlumat verib. 

Təlimin davamında EducMentor mərkəzinin müəllimləri Gülay Orucova və Ayşə Hüseynli də öz təcrübələrini, dil öyrənmə metodlarını tələbələrlə bölüşüblər.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb. 

Qeyd edək ki, Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Conversation club” vasitəsi ilə də tələbələr öz dil biliklərini daha da inkişaf etdirə bilirlər. Tələbələrin maarifləndirilməsi üçün univeristet daxilində bu cür tədbirlər həyata keçirilir.

Gülay Orucova

Paylaş
Şərh əlavə et