Bu gün:

Meyvələr necə əmələ gəlir?


Meyvələr yalnız çiçəkli bitkilərdə əmələ gəlir. Meyvə ağacı əvvəlcə çiçək açır, sonra çiçəklər meyvə ilə əvəzlənir.

Meyvələrin içərisində toxum var. Bəzi meyvələrdə tək toxum var. Bəzilərinin çoxlu toxumları var. Məsələn, gavalı içərisində bir toxum (yəni gavalı toxumu) olduğu halda, narın içərisində çoxlu toxum var.

Meyvələrin sulu və şirin olmasının səbəbi bitkinin şirəsi ilə qidalanmasıdır. 

Ağaclar bunu bildiyi üçün meyvələrini heyvanlar tərəfindən yeməli hala gətirməyə çalışırlar. Ətli və şirəli meyvələr heyvanlar tərəfindən yeyilir. Amma meyvənin içindəki toxum heyvanın həzm sistemində parçalanmır və nəcislə xaric olur. Beləliklə, meyvənin içindəki toxum heyvanlarla birlikdə daha uzaq yerlərə daşınır.

Bundan əlavə, bəzi heyvanlar toxumları dərhal yemirlər, daha sonra yemək üçün saxlayırlar. Əgər onların yerləşdiyi yer münasibdirsə, bu toxumlar cücərir və böyüməyə başlayır.

Mənbə: Cevreciyiz.com

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et