Bu gün:

Dahlia çiçəyi


Dahlia Asteraceae ailəsinə aid olan, yayda və payızda çiçək açan çox möhtəşəm bir bitkidir. Vətəni Meksika olan bu gül həm də ölkənin milli çiçəyi kimi qəbul edilir.

İlk dəfə Meksika dağlarında İspan tədqiqatçıları tərəfindən tapılıb. Daha sonra Hollandiyaya göndərildi və bu səyahət zamanı yalnız bir çiçək sağ qaldı. Dahlia mox zərif bir quruluşa malikdir.


Dahlianın xüsusiyyətləri nələrdir?

Dahlianın gövdəsi koldur. Onun kökləri yumru şəklindədir. Ağ, çəhrayı, narıncı və qırmızı rənglərə əlavə olaraq, moonlight, llandaff saint, pompon və mish mash kimi tanınmış növləri də var.

Dahlias papatya ailəsindəndir və ikiotlular sinfinə aiddir. Təbiətdə yabanı şəkildə 30-dan çox növü, 20 min isə müxtəlif mədəni növü aşkar edilmişdir. Çiçəyin soğanına tələbat yüksəkdir. Onun toxumları olduqca bahadır. Sürətlə böyüyür, lakin hər mühitə uyğunlaşa bilmir. Dahlia Aralıq dənizi iqlimi şəraitində yazda əkilməlidir. Böyümə zamanı günəş işığından məhrum edilməməlidir. Əkin zamanı seçilməli olan torpaq növü yüksək pH dəyəri və drenajı olan münbit və humus tərkibli torpaqdır. Bundan əlavə, qələvi torpaqlara üstünlük verilməlidir.

Dahliaya necə qulluq etmək lazımdır? 

Dahlia xüsusi qayğı tələb edən bir çiçəkdir. Çox zərif bir quruluşa malikdir. Günəş işığını sevir və nə qədər çox günəş görsə, o qədər sağlam böyüyür. Xüsusilə yaz və yay aylarında gün ərzində ən azı 5 saat günəş almalıdır. Havalı və isti mühitləri sevir. Soyuqdan nifrət edir və olduqca zəifdir.

Mənbə: Hüriyyet

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et