Bu gün:

Mərcanlar


Mərcanlar 30° şimal və 30° cənub eni arasında isti dənizlərdə yaşayırlar. Bununla belə, yumşaq mərcanlar soyuq, dərin sularda çox kiçik koloniyalarda da yaşaya bilirlər. Məsələn, ölkəmizin sahillərində tapılan yumşaq mərcanlar arasında budaqşəkilli qırmızı mərcan Egey dənizinin şimalında, ağac şəkilli ağ mərcan isə Mərmərə dənizinin dərinliklərində yaşayır.

İqlim uyğun olmadığından ölkəmizin sahillərində mərcan rifləri yoxdur. Böyük qayalara daha çox Hind və Sakit okeanların tropik hissələrində və Qırmızı dənizdə rast gəlinir. Mərcan rifləri min illər ərzində dənizin dayaz hissələrində sərt mərcanların toplanması nəticəsində əmələ gəlir. Riflərin uzunluğu bir neçə kilometr ola bilər və ümumiyyətlə çox yavaş böyüyürlər. Bununla belə, qidalanma vəziyyəti və iqlim şəraiti kimi amillər uyğun olarsa, onlar daha da böyüyə və daha böyük adalar əmələ gətirə bilərlər. Sərt mərcanların kalsium, maqnezium və karbonat kimi sərt bir quruluş meydana gətirə bilən böyük miqdarda maddələr ifraz etdiyini qeyd etdik. Bu maddələr zamanla yığılmağa və böyüməyə başlayır və bu strukturlar kristallaşaraq əhəng daşına çevrilir. Ölən hər bir polip dibində qalır və daha böyük strukturun formalaşmasına kömək edir. Beləliklə, minlərlə il ərzində böyük riflər əmələ gəlir. Bu prosesi böyük yaşayış binaları və şəhərlər tikən insanlarla müqayisə etmək olar. Mərcanları bu xüsusiyyətlərinə görə "okeanın memarları" da adlandırırlar. Bundan əlavə, mərcanların riflər əmələ gətirməsi üçün dəniz suyunun temperaturu il boyu 20oC ilə 29oC arasında olmalıdır. Yalnız tropik dənizlərdə bu şərtlər var, lakin məlumdur ki, Norveç fiyordlarının soyuq sularında kiçik bir qaya da yaşaya bilir.Tropik rif mərcanları birlikdə yaşadıqları dəniz yosunlarının işıq tələblərinə görə maksimum 50 m dərinlikdə yaşaya bilir. Riflər yaşadıqları mühitə görə formalaşır.Onlar ümumiyyətlə üç müxtəlif növdə olur: sahil rifləri, maneə rifləri və mərcan adaları. Sahil rifləri sahillərdə və ya adaların kənarlarında əmələ gəlir və həmişə sahil boyu böyüyürlər. Onlara əsasən Havay adalarında və Karib dənizində rast gəlinir.


Mənbə:bilim genç

Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et